UNİCEF: "Azərbaycanda standartlar hazırlanır"

UNİCEF: "Azərbaycanda uşaqların qayğıyla əhatə olunması ilə bağlı yeni standartlar hazırlanır"
UNİCEF: "Azərbaycanda standartlar hazırlanır"

"Azərbaycan dövlət müəssisələrinə düşən uşaqların sayı xeyli azalıb. Təhsil Nazirliyi ilə UNİCEF-in əməkdaşlığının 2 ilinə nəzər salsaq bir çox təşəbbüslərin həyata keçirildiyini görmək olar". SİA-nın xəbərinə görə, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard deyib.

O bildirib ki, birgə əməkdaşlıq şəraitində uşaqların hökumət tərəfindən qayğı ilə əhatə olunması ilə bağlı yeni standartlar hazırlanır. M.Herevardın sözlərinə görə, yeni qanunun tətbiqinə yönələn işlər xüsusilə QHT-lərin bu sahəyə göstərdiyi qayğı ilə əhatə olunub: "Bizim məqsədimiz Təhsil Nazirliyinin həyata keçirdiyi xidmətlərin daha da təkmilləşdirilməsidir. Bizim borcumuz bu sahədə əməkdaşlığa maksimum yardım etməkdir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə