"Azərbaycanda uşaq müəssisələrindən çıxan və ali məktəblərə daxil olan uşaqların təhsil haqqı dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən hesabat konfransında deyib.
O bildirib ki, hazırda bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsində hazır layihə mövcuddur. Ötən il bu məsələnin müzakirə olunduğunu deyən H.Rəcəbli qeyd edib ki, artıq Qarabağ əlilləri və şəhid ailələri üçün artıq bu tətbiq edilib: "Hazırda tərəfimizdən valideynləri və bioloji ailəsi olmayan uşaqların təhsil haqqının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilməsi təklif edilir. Belə uşaqların sayı elə də böyük rəqəm deyil. Ona görə də düşünürəm ki, yaxın gələcəkdə biz buna nail olacağıq".
H.Rəcəbli vurğulayıb ki, qanunvericiliyə dəyişiklik etməklə ali və orta ixtisas müəssisəsinə daxil olan uşaqlara 23 yaşına kimi uşaq evlərində qalma hüququ verilib. Onun sözlərinə görə, bu bazanın təkmilləşdirilməsi istiqamətində daima iş aparılır. Bu istiqamətdə Ailə məcəlləsinə dəyişikliklər etməyə hazırlaşırıq.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB