Nazir: "Vergidən azad olmaq, imkanları artıracaq"

Nazir: "Vergidən azad olmaq, imkanları artıracaq"

"Ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması onların imkanlarını daha da artırar". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı Milli Məclisdə müzakirə olunan məsələyə münasibət bildirərkən deyib: "Əgər bu olsa, yaxşı olar. Mən də arzu edirəm ki, belə bir qanun qəbul olunsun. Universitetlərin əlavə dəyər vergisindən azad olunması onların imkanlarını daha da artırar. Bu yeniliyin özəl universitetlərə şamil olub-olunmayacağı isə qanun hazırlandıqdan sonra məlum olacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə