Təhsil Nazirliyi dövlət proqramlarında dəyişik edəcək

Təhsil Nazirliyi dövlət proqramlarında dəyişik edəcək

Təhsil Nazirliyi tərəfindən Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı həm qanunvericilikdə, həm də dövlət proqramlarında bir sıra dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, YUNİCEF-in dəstəyi ilə Milli Məclisdə İnklüziv təlimlə bağlı hazırlanan yeni qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq.

Nazirin sözlərinə görə, hökümətə isə kiçik qrup ailələrlə bağlı əsasnamələrin təsdiq edilməsi və digər məsələlərlə bağlı təkliflər təqdim edilib: "Müəyyən məsələlər isə pilot layihə olaraq il ərzində həyata keçirilib. Artıq pilotların vaxtı bitdiyindən beynəlxalq təşkilatların da bizə ayırdığı dəstəyinin vaxtı bitib. Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Əgər Təhsil Nazirliyinin həm Milli Məclis, həm də hökumətə təqdim etdiyi bu təkliflər qısa zamanda nəzərə alınarsa, gələn il uşaqların ailələrə verilməsi istiqamətində uğurlarımız daha çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər bu qanun qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik"

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə