ATGTİ Konnektikutda baş vermiş terror aktını pisləyir

ATGTİ Konnektikutda baş vermiş terror aktını pisləyir

Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri ABŞ-ın Konnektikut ştatında bir neçə gün bundan öncə baş vermiş terror aktı ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyində olmuş, ABŞ səfiri cənab Riçard Morninqstar adına üvanlanmış başsağlığı məktubunu səfirlik rəsmilərinə təqdim ediblər. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, təqdim olunmuş məktubda ATGTİ-nin sədri Şahin İsmayilov ölkənin tələbələri adından baş vermiş terror aktını qəti şəkildə pisləyir və terrorun milliyətinin olmadığını qeyd edir. Məktubda deyilir: "Qətlə yetirlənlərinin parlaq gələcəkləri olan uşaqların olması xəbəri Bizi dərindən sarsıtdı".

Bundan əlavə vurğulanır ki, Azərbaycan da terror aktları ilə üz-üzə gəlmiş bir ölkədir. Belə ki, 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törətdilmiş qətliam məktubda qeyd olunub.

Qeyd edək ki, ABŞ Səfirliyinə əklil aparan ATGTİ nümayəndələri bütün təşkilat üzvləri adıdan Amerika xalqına bu çətin situasiyada səbr arzulayıb, başsağlığı diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə