"Elm haqqında Qanun Layihəsi dekabrın 28-də Milli Məclisin gündəliyinə çıxarılacaq". SİA-nın verdiyi xəbərə görə, bunu parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, ilk öncə qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunacaq.
Ş.Hacıyevin sözlərinə görə, daha sonra qanun layihəsi Milli Məclisin gündəliyinə çıxarılacaq: "Artıq bir il yarımdır ki, bu qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsi beynəlxalq normalara uyğun olaraq hazırlanır. Burada elm və təhsil haqqında bir sıra yeniliklər qeyd olunub. Hazırda qəbul etdiyimiz təhsil haqqında qanun da uğurla icra olunur. Biz elə bilirdik ki, elm haqqında qanun sözügedən qanundan daha tez qəbul olunacaq. Amma biz bunun əksini gördük. Çünki bu qanunun hazırlanması daha çətin və mürəkkəb proseslərdən keçib".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB