"Bağçalara biz nəzarət edəndə belə hallar baş vermirdi"

"Bağçalara biz nəzarət edəndə belə hallar baş vermirdi"

"Bu günlərdə Bakıda 138 saylı bağçada baş verən zəhərlənmə faktına görə təəssüf edirəm. Eyni zamanda sevinirəm ki, uşaqlara heç bir ziyan dəyməyib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, bununla bağlı müvafiq qurumlar uyğun tədbirlər görüb. Nazir bağçaların onların tabeçiliyində olan dövrdə belə bir hadisənin baş verməsini xatırlamadığını vurğulayıb.

Təhsil naziri eyni zamanda təhsil müəssisələrində "çipsi" və qazlı içkilərin satışı ilə bağlı müvafiq qurumlar tərəfindən standartlar hazırlanmasından da danışıb: "Müvafiq standartlar hazırlandıqdan sonra onların tətbiqinə başlanacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə