"Hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onların 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVII Respublika Elmi Konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elmi dərəcə almaq istəyən gənclər üçün tələb olunan qaydalar sadələşdirilməlidir: "Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər problemlə rastlaşmırlar. Azərbaycanda da bu qaydalar sadələşdirilməlidir. Biz nə ediriksə, onlar hamısı elmin inkişafına yönəlməlidir. Süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək".
M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır: "Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB