"Təhsil müəssisələrinə verilən İKT vasitələrindən əlavə məqsədlər üçün istifadə və kompyuterlərin katibələrin evlərində olmasının qarşısını almaq məqsədilə müvafiq orqanlara 1 ay vaxt verilmişdi. Bu müddət ərzində xeyli işlər görülüb". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, bu barədə vəziyyətin necə olduğu və indi necə olması barədə ona gündəlik məlumat verilir. Nazir ümid edir ki, məsələ qısa müddətdə öz həllini tapacaq: "Bir ay ərzində məsələnin əksəriyyəti öz həllini tapıb. Bizim mesajımızdan hərə öz nəticəsini çıxarıb. Demək olar ki, bu məsələ öz həllini tapıb".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB