Misir Mərdanov: "Pul yığılması faktından xəbərim var"

Misir Mərdanov: "Pul yığılması faktından xəbərim var"

"Elektron lövhələrin alınması üçün əlavə pul yığılması faktından xəbərim var. Lakin bir daha bəyan edirəm ki, bütün elektron lövhələr hökumət tərəfindən dövlət proqramına əsasən məktəblərə verilir və veriləcək". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sadəcə bir neçə məktəbdə müəllimlər daha yüksək səviyyəli smart-lövhənin olmasını istəyir: "Bunun qarşısını dərhal almışam. Valideynlər bir manat da olsa bu məsələlər üçün pul xərcləməməlidir. Bu məsələ ilə bağlı mənə müraciət etsinlər. Mənim internet ünvanım və nömrəm hər zaman açıqdır. Belə hadisələr eşidən kimi qarşısını alıram. Buradan da elan edirəm ki, məktəbin tikintisi və bütün vəsaitlərlə prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan hökuməti tərəfindən təmin olunur. Mənim poçt ünvanıma təhsilin bütün problemləri ilə bağlı hər zaman bir çox müraciətlər daxil olur və onların həlli istiqamətində müvafiq tapşırıqlarımı verirəm".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə