Bu gün Sumqayıt Dövlət Universitetində ümumilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə bağlı tədbir keçirilib. Ali təhsil ocağından SİA-ya verilən məlumata görə, əvvəlcə universitetin rektoru professor Nadir Qəhrəmanov və təhsil ocağının professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin universitet binasının foyesində yerləşən büstü önünə tər gül dəstələri qoyaraq dahi siyasətçinin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbiri N.Qəhrəmanov açaraq, ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Rektor diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Rektor dahi lider Heyder Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd edib ki, dahi siyasətçi Sumqayıt Dövlət Universitetinin fəaliyyətini də daimi diqqətdə saxlayıb: "Məhz onun 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib. Dahi liderin Azərbaycan xalqı üçün ən böyük xidmətlərindən biri İlham Əliyev kimi davamçısını yetişdərməsidir".
Sonra SDU-nun tarix fakültəsinin dekanı professor Adil Baxşəliyevin "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", Azərbaycan tarixi kafedrasının müdiri dosent Əmirxan İsayevin "Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafındakı rolu", universitetin Tələbə Gənclər Təşkilatının sədri Aytən Nəciyevanın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxışları dinlənilib.
Sonda isə ulu öndərin həyat və fəaliyyətini əks etdirən "Böyük ömrün salnaməsi" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB