Qubanın II-ci Nügədi kəndində məktəbin açılışı olub

Qubanın II-ci Nügədi kəndində məktəbin açılışı olub

Qubanın II-ci Nügədi kəndində məktəbin açılışı olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, açılışı Quba RİH-nin başçısı Mübariz Ağayev edib. Açılış mərasimində qeyd olunub ki, son illər ərzində rayonda 80 yeni, müasir tipli məktəb binası şagird və müəllimlərin ixtiyarına verilib. Qarşıdakı illərdə daha 50 məktəbin tikilməsi üçün müvafiq hazırlıq işləri görülür. Təkcə 2012-ci ildə isə Qubada 7 yeni təhsil ocağı inşa edilib və bu müəssisələrin əksəriyyəti ucqar yaşayış məntəqələrində yerləşir.

Daha sonra müasir texniki avadanlıqlar və idman qurğuları ilə təchiz olunan, 18 sinif oitağı, 2 labarotoriya və 2 kompüter zalından ibarət yeni məktəb binasına baxış keçirilib. Valideynlər, şagirdlər və məktəblilər müasir tipli yeni məktəbin istifadəyə verilməsini seviclə qarşılayıb.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə