Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Beynəlxalq Nato Məktəbinin, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi" mövzusunda keçirilən 2 günlük treninq öz işinə başlayıb. Treninqdə Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, bir sıra ali təhsil müəssisələrinin və Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Azərbaycan Beynəlxalq Nato Məktəbinin icraçı direktoru Hüseyn Pənahov tədbirin təşkilində yaraılan şəraitə görə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidova öz təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışdı və həyata keçirilən layihələrdən söz açıb.
ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Rəhbərlik etdiyi universitetdə 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu deyən Səməd Seyidov belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi. Rektor NATO-nun ekoloji təhlükəsizliyin həyata keçirilməsində aktiv iştirak etdiyini bildirdi. NATO-nun Azərbaycan üçün vacib bir təşkilat olduğunu deyən S.Seyidov ADU-nun Rumıniya səfirliyi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb: "NATO da həyat və ölüm haqqında düşünən təşkilatlardan biridir. Bu təşkilat bilir ki, konflikt nədir, müharibə nədir və bunlara çox böyük önəm verir. Ətraf mühitin təhlükəsizliyi də insan amili ilə birbaşa bağlıdır".
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun rezident əlaqələndiricisi Daniel Cristian Ciobanu çıxış edərək treninqin təşkilində əməyi keçənlərə, o cümlədən ADU-nun rektoru Səməd Seyidova öz təşəkkürünü bildirib. Diplomat NATO-nun 4 il ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Daniel Cristian Ciobanu NATO-nun Azərbaycanda ANAMA ilə birgə əməkdaşlığından və 3 layihə həyata keçirildiyini vurğulayıb. Azərbaycanda keçmiş SSRİ dövründən qalmış və zərəsizləşdirilməmiş silah-sursatların olduğunu diqqətə çatdıran səfir sursatların zərərsizləşdirilməsi istiqamətində Çeyrançöl layihəsinə start verildiyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək ətraf mühit üçün təhlükələrin qarşısının alınmasında təbii, iqtisadi, sosioloji komponentlərə diqqət ayrılmalı olduğunu deyib.
Treninq sessiya çıxışları ilə davam edib.
Treninq 2 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB