62 saylı məktəb-liseyin müəllimləri və Valideyn Müəllim Assosasiyası adindan bəyanat
Son zamanlar Xalid Quliyev adına 62 saylı məktəb-lisey və onun direktoru Mətanət Cabbarlı barədə bəzi mətbu qurumlarda, xüsusilə sosial şəbəkələrdə (http://liseymekteb.wordpress.com/) həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Məktəb-liseydən SİA-ya müəllim və valideynlərin imzası ilə daxil olan bəyanatda məqalə müəlliflərinə kəskin etiraz bildirilir.
Bəyanatda deyilir:
"Belə yazılar bizim çalışdığımız məktəb-liseyin fəaliyyətini kölgə altına salır, kollektivimizin əməyini heçə endirir. Biz bu məktəb-liseyin müəllim kollektivi olaraq belə şər, böhtan dolu yazıları ümumən kollektivin şərəf və ləyaqətini aşağılayan əməl kimi qiymətləndiririk. Bizim məktəb-liseydə kifayət qədər müəllim çalışır və xeyli sayda şagird təhsil alır. Sosial şəbəkələrdə yerləşdirilən qərəz və heç bir həqiqətə uyuşmayan, yalnız böhtan üstündə qurulan yazılar müəllimli, şagirdli hər birimizin şərəf və ləyaqətini alçaldan məsələdir.
Nədən bu məktəb-lisey və onun rəhbəri Mətanət Cabbarlı hədəfə alınıb? Axı Mətanət Cabbarlı bu təhsil ocağında fəaliyyətə başladığı gündən bəri yalnız uğurlara imza atılıb. Bu məktəb-lisey 2009-2010-cu tədris ilində "Ilin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olub. Mektəb-lisey keçən ildən elekton məktəb layihəsinə qoşulub və bu ildən Təhsil Nazirliyi tərəfindən pilot-məktəb adına layiq gürülüb. Keçən il TDQK-nın qəbul göstəricilərinə görə "20 ən yaxşi məktəb" siyahısında olub. Buranın məzunlarının ali təhsil məktəblərinə qəbul olma faizinin ilbəil artır və Bakı şəhərində universitetə daxil olma məsələsinə görə öncül yerlərdən birini tutur.
Bu il ümumilikdə Azərbaycanda məzunlar 25 qızıl, 26 gümüş medal qazanıblar ki, onlardan 3 qızıl medal bu məktəb-lisey məzunlarının payına düşüb. 2011-2012-ci il tədris ilində buranın məzunlarının beşi 600-dan çox bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görülüb. Son uç ildə Cexiyada, Isveçrədə Avropa Universitetində, Türkiyə Orta Doğu Texniki Universitetində, Dokuz Eylul Universitetində, Bahçeşehir Universitetində, Kültür Universitetində, Spartada, Kipr universitetlərində təhsil alırlar.
Demək hədəfin 62 saylı məktəb-lisey və onun direktoru Mətanət Cabbarlı seçilməsi bu uğurların qarşısının alınması məqsədini daşıyır.
Ancaq biz buna imkan verməyəcəyik. 62 saylı məktəb-liseyin müəllim kollektivinə, onun direktoruna qarşı yönələn bu iyrənc əməl sahiblərinin öz layiqli cəzalarını almalarına nail olacağıq.
Biz hüquqi dövlətdə yaşayırıq. Ona görə də bizə qarşı yönələn böhtanların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının tərəfdarıyıq.
Odur ki, insanları təhqir edən, onların şərəf və ləyaqəti ilə oynayan kəslərin hüquq-mühafizə orqanları qarşısında cavab verməsinın istəyirik. Məhz bu səbəbdən də 62 saylı məktəb-liseyin müəllim kollektivi hüquq-mühafizə orqanlarına müraciət edib.
Əminik ki, hüquq mühafizə orqanları həqiqəti üzə çıxaracaq, insanların şərəf və ləyaqətini ələ salanların əməllərinə adekvat cavabını verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB