Cəlilabad RTŞ haqqında yazılanların heç bir əsası yoxdur

Cəlilabad RTŞ haqqında yazılanların heç bir əsası yoxdur

Son vaxtlar kütləvi informasiya vasitələrində Cəlilabad Rayon Təhsil Şöbəsi barəsində əldə edilən uğurlara kölgə salmaq məqsədi ilə məlumatlar yayılıb. Guya Hesablama Palatasının apardığı yoxlamalar zamanı ciddi nöqsanlar üzə çıxıb. SİA-nın əməkdaşı məsələ ilə bağlı Rayon Təhsil Şöbəsinin müdiri Ə.Əsgərovdan açıqlama alıb.

Şöbə müdiri bildirib ki, məqalədə göstərilən faktların heç birinin həqiqətə uyğunluğu yoxdur. Son illər Cəlilabad təhsilinin qazandığı uğurlar görünür bəzi adamları çox ciddi narahat edir. Hesablama Palatası tərəfindən RTŞ-da aparılan yoxlamalar zamanı heç bir ciddi maliyyə pozuntusu aşkar edilməyib. Məlumat üçün bildiririk ki, RTŞ bu və ya digər məqsədlərlə heç bir təhsil işçisindən pul tələb etməyib. Əgər hər hansı bir təhsil işçisindən bu və ya digər məqsədlə pul tələb edilibsə, həmin şəxs dərhal RTŞ-ya müraciət edə bilər. "Bir daha bildiririk ki, məqalədə göstərilən məlumatlar kimlərinsə subyektiv maraqlarına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə