Misir Mərdanov: "Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır"

Misir Mərdanov: "Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır"

Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin "İlin ən yaxşı müəllim" və "İlin ən yaxşı məktəbi" müsabiqəsinin keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. SİA-nın xəbərinə görə, təhsil naziri jurnalistlərə açıqlamasında deyib ki, əslində o tədbirdə elə deyilməyib: "Amma, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar".

Misir Mərdanov TQDK-nın 20 illik yubileyi çərçivəsində təşkil olunan dəyirmi masada nazirlik nümayəndələrinin iştirak etməməsi məsələsinə də aydınlıq gətirib: "Onların dəvət olunub-olunmadığını bilmirəm. Amma düşünürəm ki, yəqin ki, nazirlik nümayəndələri dəvət olunsaydılar o tədbirdə iştirak edərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə