"Məktəblərdə kompyuter- şagird nisbəti 1:20 olaraq qalır. Bununla bağlı ciddi bir dəyişiklik yoxdur". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, 2-5 il bundan öncə alınan İKT avadanlıqları müəyyən zaman keçdikdən sonra ya öz keyfiyyətini itirmiş olur, ya da istifadəsində müəyyən problemlər yaranır: "Hazırda əsas diqqət mövcud nisbətdən aşağı düşməməyə yönəldilib. Məktəbə verilən avadanlıqlar mütləq şəkildə istifadə edilməlidir".
Nazir bildirib ki, məktəblərimizin hamısında İKT avadanlıqları mövcuddur: "Böyük məktəblərdə laboratoriyaların sayı, siniflərin sayı çox, kiçik məktəblərdə isə azdır. Məktəblərimizin böyük əksəriyyəti genişzolaqlı internet şəbəkəsinə qoşulub. Biz bununla kifayətlənmirik. Eyni zamanda, elektron məktəb proqramını həyata keçiririk. Bu baxımdan ölkəmizin təhsil müəssisələrində İKT-nin tətbiqi məsələsini normal hesab edirəm. İşimizi davam etdirməli, səviyyəmizi daha da artırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB