"2012-ci ildə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" artıq başa çatır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi növbəti illərdə təhsil sisteminin İKT ilə təminatı ilə bağlı yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib: "Yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir. Növbəti 7 illik proqramda çoxlu yeniliklər nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB