Məleykə Abbaszadə: "Şagirdlər zəyif nəticə göstərir"

Məleykə Abbaszadə: "Şagirdlər zəyif nəticə göstərir"

"Azərbaycanda şagirdlər bu gün beynəlxalq qiymətləndirmə olan "The Programme for International Student Assessment" (PISA) əsasən çox zəyif nəticə göstərirlər". SİA-nın xəbərinə görə, bunu tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə Abbaszadə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə mövcud vəziyyəti araşdırıb gələcək planları qurmaq lazımdır: "Pedaqoji və elmi ictimaiyyət buna nə qədər göz yumsa da mövcud problemlər bizi izləyir. Bunların qarşısını almaq üçün indidən mübarizə aparmaq lazımdır. İndidən müasir kurrikulum sistemində kompetensiya qiymətləndirməsi ilə məşğul olaq ki, 4 ildən sonra müəyyən nəticələr əldə edə bilək. Mütəxəssislər bu sahədə bir araya gəlməli, bu proses elmi müstəvidə birgə müzakirə edilməlidir. Yalnız bundan sonra şagirdin nəailiyyətlərinin artırılmasında hansısa uğurlara nail ola bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə