Məleykə Abbaszadə şikayətlənir

Məleykə Abbaszadə şikayətlənir

"Çox az hallarda "İlin ən yaxşı müəllim" və "İlin ən yaxşı məktəb"lərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahan nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur". SİA-nın məlumatına görə,Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada çıxışında belə deyib.

Onun sözlərinə görə, hər il prezident İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı məktəbi" seçilir: "Ancaq təəssüflər olsun ki, çox az hallarda "İlin ən yaxşı müəllim" və "İlin ən yaxşı məktəb"lərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahan nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur".

Məleykə Abbaszadə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər il qəbul imtahanlarında yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumatlar hazırlayır: "Bu yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Lakin həmin məktəblər arasında fərmana əsasən "İlin ən yaxşı məktəbi" seçilən məktəblər öz əksini tapırmı? Bunlara çox az hallarda rast gəlmək olur. Bilmirəm, bəlkə də TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır, amma "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı məktəbi" seçilməsi, təhsil təşkilatlarının müqayisəsi zamanı bunlar yox, başqa məsələlər nəzərə alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə