TQDK sədri: "Təhsildə kompitensiyalar mütləqdir"

TQDK sədri: "Təhsildə kompitensiyalar mütləqdir"

"XXI əsrdə təhsilin forması dəyişib və artıq təhsildə kompitensiyalar mütləqdir. Xüsusən kütləvi imtahanlarda kompitensiyaların yoxlanılması vacibdir" . SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK-nın 20 illiyi ilə əlaqədar keçirilən Beynəlxalq Konfransda təşkil olunmuş dəyirmi masada deyib.

2005-ci ildə magistraturaya qəbul imtahanlarını keçirəndə biz kompitensiyaları yoxlamaq istədik, deyən TQDK sədri bildirib: "Lakin magistrların oxuyacağı ali təhsil müəssisələri bizdən magistraturaya qəbul imtahanına gələnlərin ixtisas biliklərinin də yoxlanılmasını istədi. Deməli, mütəxəssislər ixtisas biliklərini normal mənimsəyə bilmirlər ki, ali təhsil mütəxəssisləri bizdən belə bir tələb irəli sürür. Amma biz istəyirik ki, 3-4 ilə istədiyimiz kompitensiyaların qiymətləndirilməsini həyata keçirə bilək".

M. Abbaszadə həmçinin qeyd edib ki, bu sahədə biz formalaşmış kompitensiyaların yoxlanılması nəticəsində imtahanlar keçirəcəyik.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə