"2012-2013-cü tədris ilindən ehtibarən orta məktəblərin məzunları üçün buraxılış imtahanları ölkənin bütün regionlarında keçiriləcək". SİA-nın verdiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bölgələrdə keçirilən imtahanların coğrafiyası genişləndiriləcək: "Bu il TQDK-nın regional bölmələri olan bütün bölgələrdə - yeni regional bölmələrin yaradıldığı Ağcabədi, Şirvan və Göyçayda da qəbul imtahanları keçiriləcək. Buraxılış imtahanları isə ümumiyyətlə, ölkənin bütün bölgələrində aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB