Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasının 20 illiyi münasibətilə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: 20 il: inkişaf mərhələləri" adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının nümayəndələri, Komissiyanın xarici dövlətlərlə əlaqələrini təşkil edən rəsmi şəxslər iştirak edir.
SİA-nın xəbərinə görə, konfransda çıxış edən TQDK sədri Məleykə Abbaszadə 20 il müddətində Komissiyanın həyata keçirdiyi uğurlarından danışıb. O bildirib ki, 1992-ci ildən bu günə qədər TQDK-nın keçirdiyi 22 növ imtahanda 2 milyon 155 min insan iştirak edib: "Bu o deməkdir ki, TQDK-nın keçirdiyi imtahanlarda hər bir ailənin ən azı bir üzvü iştirak edib. Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub".
Məleykə Abbaszadə qeyd edib ki, Komissiya 1999-cu ildən əhaliyə elektron xidmətlər göstərib. Hər il TQDK-nın göstərdiyi elektron xidmətlərdən 200 mindən çox insan yararlanır. TQDK-da "Tələbə-məzun elektron bazası"nın yaradıldığını deyən Komissiya sədri bildirib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar daxil olub. Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar. İndiyədək ali məktəblər tərəfindən bazaya 83 mindən çox insan haqqında məlumat daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB