Elmar Qasımov TQDK-nın uğurundan danışıb

Elmar Qasımov TQDK-nın uğurundan danışıb

"Bəşəriyyət yaranandan bu günə kimi cəmiyyətdə ən çətin məsuliyyətli işlərdən biri qiymətləndirmə və seçmə üsulunun aparılmasıdır. Bu gün biliyin qiymətləndirilməsi kimi məsuliyyətli işi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uğurla icra edir". SİA-nın xəbərinə görə, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov TQDK-nın 20 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, komissiya qiymətləndirmə və seçmə üsulunu həyata keçirirkən ədalət və şəffaflıq prinsipini əsas tutur. E.Qasımovun sözlərinə görə, TQDK bu gün cəmiyyətdə şəffaf, saf və obyektiv seçmə və qiymətləndirməni həll edir: "Komissiya bu illər ərzində təkcə seçməni deyil, biliyin qiymətlədirilməsini də icra edir. TQDK yarandığı gündən böyük yol keçib. Hər il 25 minə yaxın tələbə adı qazanır, yüzlərlə insanlar dövlət orqanlarında müvafiq işlərlə təmin olunur. Bütün bunların hər biri TQDK-nın dövlətçiliyə xidməti deməkdir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, gələcəkdə qurumun adı ilə bağlı müxtəlif təkliflər edilə bilər".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə