Təhsil naziri 1 ay vaxt verdi

"Dövlət tərəfindən orta məktəblərə verilən kompyuterlərlə bağlı aşkarlanan mövcud vəziyyətə dair hesabat araşdırılması üçün lazımi idarələrə göndərilib". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov belə deyib.

Onun sözlərinə görə, nöqsanların aradan qaldırılması üçün müvafiq təhsil idarələrinə 1 ay vaxt verilib: "Bu müddət başa çatdıqdan sonra yenidən monitorinq aparılacaq. Çalışacağıq ki, dövlətin vəsaiti hesabına verilən bütün kompyuterlər və təlim vəsaitləri yerində olsun".

Həmçinin təhsil naziri müəllimlərin attestasiyadan keçirilməsi məsələsilə də bağlı məlumat verib. M.Mərdanov deyib ki, müəllimlərin attestasiyası ilə bağlı hələ ki, heç bir yenilik yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə