"Yeni qiymətləndirmə metodları ali məktəblərdə də tətbiq olunmalıdır". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov belə deyib.
Nazirin sözlərinə görə, bu gün təhsildə qiymətləndirmə çox ciddi məsələdir: "Artıq dövrün tələbi tam başqadır. Biz də yeni qiymətləndirmə növlərini öyrənməli və təhsil sistemimizdə tətbiq etməliyik. Hətta bu qiymətləndirmə ali məktəblərdə də tətbiq olunmalıdır. Gələn tədris ilindən etibarən ali məktəblərdə bir neçə ixtisas üzrə ildə 60 saat olmaqla tələbələrə qiymətləndirmənin metodları öyrədilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB