Bu gün Təhsil Nazirliyi "2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri"nə həsr olunan kollegiya iclası keçirib. Iclasda təhsil naziri Misir Mərdanov, Millət vəkili Şəmsəddin Hacıyev, Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, digər ali və orta ixtisas məktəblərinin rektor və direktorları, həmçinin təhsil işçiləri iştirak ediblər. İclasda təhsil müəssisələrində vakant yerlər üzrə keçirilən imtahanların nəticələri haqqında statistik məlumatlar qeyd olunub.
Bildirilib ki, ali və orta təhsil məktəblərini, həmçinin magistr təhsilli mütəxəssilər vakant yerlər üzrə keçirilən imtahanlarda iştirak ediblər. Müəyyən nəticələr əldə edən mütəxəssislər vakant yerlər üzrə işə qəbul olunublar.
Sonda ümumilikdə təhsil sahəsində bəzi problemlərin üzə çıxarılması və həlli yolları istiqamətlərində müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB