Nazir təqaüdlərin gecikdirilməsinə aydınlıq gətirdi
"Tələbələrə təqaüdlərin verilməsi ilə bağlı idarəetmədə müəyyən problemlər var. Amma təqaüdlər bütün səviyyələr üzrə təhsil alan tələbələrə çatmalıdır". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında ali və peşə məktəblərin I kursunda təhsil alan tələbə və şagirdlərin təqaüdlərinin gecikdirilməsi məsələsinə münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, təqaüdlər üçün büdcədən maliyyə vəsaiti ayrılıb və bununla bağlı heç bir problem yoxdur.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB