"Bütün məktəblər istilik sistemi ilə təmin olunacaq"

"Bütün məktəblər istilik sistemi ilə təmin olunacaq"

"Hazırda ölkə məktəblərinin qış mövsümündə istilik sistemi təminatı ilə bağlı yoxlamalar aparılır. Yaxın günlərdə yoxlamalar başa çatdıqdan sonra ölkə məktəblərinin hər biri istilik sistemi ilə təmin olunacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mövsümün əvvəlində qazdan istifadə ilə bağlı müəyyən problem yaranıb. Nazirin fikrincə, bu qazın olmaması ilə bağlı deyil, ondan istifadə ilə bağlıdır.

Nazir həmçinin qeyd edib ki, hadisələr nəticəsində müəyyən ölüm halları olub: "Ona görə də dövlətin müvafiq orqanları kütləvi istifadə yerlərində buna çox ehtiyatla yanaşırlar. Hesab edirəm ki, bu çox düzgün addımdır. Bir neçə gün gec olsun, amma heç bir problemin olmaması üçün hər şey tamamilə yoxlanılsın. Hələ ki hava yaxşı keçir. Ona görə də hər hansı qəzanın olmasındansa, istilik sisteminin bir neçə gün gec işə düşməsi daha yaxşıdır"

Nərmin Nəsrli

Bütün xəbərlər Facebook səhifəmizdə