Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənc İstedadlara Dəstək Fondu tərəfindən "Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır!" devizi ilə universitet tələbələrinin iştirakı ilə növbəti tədbir keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş şöbəsinin müdiri Rüstəm Sadıqzadə orta və ali təhsil ocaqlarında silsilə xarakter daşıyan bu cür görüşlərin əhəmiyyətindən danışıb.
Daha sonra narkotik vasitələrin istifadəsinin yaratdığı fəsadları özündə əks etdirən 8 dəqiqəlik film nümayiş etdirilib.
Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi Kamil Mehdiyev isə narkotik maddələrdən asılılıq, onun fəsadları barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB