Bu gün "Missiya-tələbə. Kim Ukraynada təhsil almaq istəyir?" adlı gənclər üçün yeni təşkil olunmuş televiziya şousunun başlanması ilə əlaqədar olaraq "Education in Ukraine" layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. Azərbaycan Gənclər Fondu aparatının rəhbəri Faiq Qürbətov, Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Yuri Lupey, "ATV"kanalının nümayəndəsi Vado Karovin, Ukraynanın Milli Aviasiya Universitetinin nümayəndəsi Aleksandr Sidorenko və mediya nümayəndələri iştirak edib.
Qeyd olunub ki, şounun məqsədi gənclərin diqqətini ali təhsil mövzusuna cəlb etmək və inkişaf etmənin nə qədər vacib olduğunu göstərmək olub. Layihədə Azərbaycanın bir çox məktəblərindən 40 nəfər 10-11-ci sinif şagirdləri seçilib və şouda iştirak edib. Mətbuat konfransında ali təhsil statusunun artırılması, xaricdə təhsil imkanlarına gənclərin münasibətini dəyişmək üçün layihənin əhəmiyyəti haqqında müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, şou "Education in Ukraine" adlı Ukraina dövlət proqramının bir hissəsidir və belə bir layihənin həyata keçirilməsi iki ölkə arasında təhsil sahəsində artıq mövcud olan müqavilələrin inkişafında vahid yanaşmaya daha bir addım olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB