"Ümumilikdə Nazirlər Kabinetinin son qərarını ürək acan bir sənəd hesab edirəm. Hər zaman təhsil müəssisələrinə muxtariyyət hüququnun verilməsi arzu edilib. Ali məktəblərin hüquqları nə qədər geniş olsa, bir o qədər yaxşı olar". SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, indi də Azərbaycan Hökuməti Maliyyə Nazirliyinin təklifi ilə ali məktəb işçilərinin əmək haqlarının müəyyənləşdirilməsi məsələsini ali məktəblərin rəhbərliyinə - Elmi Şuraların ixtiyarına verib: "Bu, əslində sevindiricidir. Uzun müddət ali məktəbdə çalışmış bir insan kimi bu qərarın necə icra olunması və onun ali təhsilə necə fayda verməsi barədə bu gün fikir söyləməkdən uzağam".
"İlkin mərhələdə Azərbaycanın dövlət ali məktəblərində işçilərin əmək haqlarının məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilməsi məsələsi müəyyən qədər tənzimlənməlidir. Nazirlər Kabinetinin "Dövlət ali məktəblərinin işçilərinin əmək haqlarının və ona əlavələrin verilməsi barədə qərarı"nın ləğv edilməsindən sonra ali mətkəb rəhbərliyi istədiyi müəllimə müəyyən çərçivələr daxilində əmək haqqı verməlidir. İndiyədək bu çərçivə bəlli idi və NK tərəfindən müəyyənləşdirildi. Buna görə də indi hər halda həm nazirlik, həm də hər bir ali məktəb səviyyəsində müəyyən çərçivə sənədləri hazırlansa və ilkin vaxtlarda bu məsələ tənzimlənsə, daha səmərəli olar", - deyə təhsil naziri əlavə edib.
O qeyd edib ki, hazırda ali məktəb rəhbərlərləri də bu məsələ ilə bağlı ona tez-tez müraciət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB