İsrail Film Festivalı ADU-da

Gələn həftə Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş İsrail Film festivalı keçiriləcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festival İsrailin Azərbaycandakı səfirliyinin və ADU-nun Yaxın Şərq və İsrail araşdırmalar mərkəzinin təşəbbüsü ilə baş tutacaq.

Film festivalı çərçivəsində noyabrın 12-də Eran Kolirin rejissorluğu ilə "The band’s visit" (Bikur Ha-Tizmoret ), noyabrın 14-də Josef Kedarın rejissorluğu ilə "Campfire" (Medurat Hashevet), noyabrın 15-də Leoni Prudovskynin rejissorluğu ilə "5 hours from Paris" (5 Shaot Me- Paris ), noyabrın 19-da Shemi Zarhin rejissorluğu ilə "Bonjour Monsieur Shlomi" (Hakochavim Shel Shlomi), noyabrın 21-də isə Eli Cohen rejissorluğu ilə "Aviya’s Summer" (Hakaitz shel Aviya) filmlərinin nümayiş olunması nəzərdə tutulub. İvrit dilində nümayiş etdiriləcək filmlərin altyazıları rus və Azərbaycan dillərində olacaq. Qeyd edək ki, festival 18:30-dan 20:00-dək davam edəcək. Festivala giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etmək zəruridir.

Xatırladaq ki, ADU-da keçiriləcək İsrail Film festivalında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və səfirliyin əməkdaşları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə