ADU-da “9 noyabr-Milli Bayraq Günü”

ADU-da “9 noyabr-Milli Bayraq Günü”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Milli Bayraq Günü" münasibətilə tədbir keçirilib. ADU-nun YAP Gənclər Birliyinin sədr müavini Əli Qəmbərli və Elvariz Əliyevin təşkilatçılığı ilə baş tutan tədbirdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Filologiya və 1 saylı ingilis dili fakültəsinin tələbələri iştirak edirdi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ə. Əliyev tələbələri bu bayram münasibətilə təbrik etdi. Prorektor eyni zamanda Azərbaycan Respublikasının üçrəngli bayrağının 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə milli atributlardan biri olduğunu və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edildiyini tələbələrə xatırlatdı. O, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edildiyini qeyd etdi. Ə. Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən hər il 9 noyabrın "Milli bayraq günü" kimi dövlət səviyyəsində qeyd olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Prorektorun çıxışından sonra aparıcılar bu günün tarixçəsi haqqında məlumat verdilər və Bəxtiyar Vahabzadənin "Bayraq" şerini tədbir iştirakçılarına təqdim etdilər.

Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Bayraq günü" ilə əlaqədar nitqi və bu günün tarixi haqqında qısa məlumatdan ibarət videoçarx izlənildi. Daha sonra Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin I kurs tələbələri Taleh Novruzov, Elvin Yusifli və Rəvan Nağıyevin "Bayraq günü" mövzusunda çəkdikləri rəsmlər nümayiş olundu. Tədbir "Mən Azərbaycanlıyam" mahnısının səsləndirilməsi ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə