Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Milli Bayraq Günü keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə ilk öncə universitetin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Milli Bayraq Günü və Konstitusiya Günü münasibətilə təbrik edib. Rektor Milli Bayraq Gününün mahiyyətindən bəhs edib, üçrəngli bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu qeyd edib. Konstitusiya Günü barədə də danışan rektor vurğulayıb ki, konstitusiyanın ölkəmizdə əsas hüquqi sənəd kimi formalaşması və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu olub.
Daha sonra çıxış edən Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov Azərbaycanın konstitusiya tarixi barədə məlumat verib və əsas qanunun bugünkü cəmiyyətimizdəki rolundan bəhs edib. Azərbaycan Tarixi kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Əmirxan İsayev isə Azərbaycan bayrağının keçdiyi tarixi yola nəzər salıb.
Sonra Milli Bayraq Gününə həsr olunmuş tədbir bayram konserti ilə davam edib. Tələbələrin hazırladığı səhnələr maraqla qarşılanıb. Tədbirdən sonra səhnə arxasında tələbələrlə görüşən universitetin rektoru Nadir Qəhrəmanov onlara təşəkkür edib, tövsiyələrini çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB