Bu gün Milli Məclisin Elm və Təhsil komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Azərbaycan və Tacikistan arasında Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" və hər iki ölkələrin təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin tanınması və ekvivalentliyi haqqında saziş layihələri müzakirə olunub.
Komitənin sədri Şəmsəddin Hacıyev çıxışında qeyd edib ki, birinci sənəd ölkələrimiz arasında yaradıcı şəxslərinin, elmi adamlarının, ixtiralarının qarşılıqlı qorunması, eləcə də tarixi mədəni əlaqələrin inkişaf etdirilməsinə, milli- mədəni potensialın formalaşmasına, mübadiləsinə, həmçinin ikitərəfli ticarət iqtisadi və elmi texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququnun və əlaqəli hüquqların qorunmasını təmin edəcək.
II sənəd isə ölkələrimiz arasında təhsil və elm sahəsində dostluq əlaqələrinin gələcək inkişaf perspektivlərinin əsaslarını müəyyən edəcək. Bu saziş adıçəkilən dövlətlərin ərazilərində verilən təhsil, elmi dərəcələr və elmi adlar haqqında dövlət nümunəli sənədlərə, həmçinin digər dövlətlərin ərazilərində yerləşən hər bir tərəfin təhsil müəssisələri tərəfindən verilən dövlət nümunəli sənədlərə şamil olunacaq.
İclasda çıxış edən millət vəkillləri sənədlərin əhəmiyyətindən danışıb və onların Azərbaycan xalqının milli maraqlarına xidmət etdiyini bildiriblər. Sonda hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB