"Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsaitin 0,62% həcmində nəzərdə tutulması həddindən artıq azdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən iclasda çıxışı zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, elm sahəsində mütəxəssislər hazırlanır, avadanlıqlar alınır, ancaq texnikaları işlətməyə mütəxəssis xaricdən çağırılır. Komitə sədri təklif edib ki, elm və mədəniyyət sahələrinə ayrılan vəsaitlərə yenidən baxılsın: "Bir müğənninin böyrəyinə sancı düşəndə televiziyalar ondan şok açıqlamalar verir, ictimai-elmi təhlillərin aparılmasına isə diqqət yetirilmir".
A. Rəhimzadə qeyd edib ki, kənd təsərrüfatı sahəsində görülən işlər də heç bir səmərə vermir: "Yerli özünüidarəetmə orqanları barədə isə heç danışmaq istəmirəm. Çünki bu barədə çox danışıb yorulmuşam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB