Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Türk İşbirliyi və Koordinasiya Agentliyinin-TİKA-nın prezidenti Serdar Çamı qəbul etdi. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor universitet haqqında onlara qısa məlumat verdi.
ADU-nun islahatlar aparan ali təhsil ocağı olduğunu qeyd edən Səməd Seyidov universitetin dövlət ali təhsil ocaqları içərisində Bolonya prosesinə qoşulan ilk ali təhsil müəssisəsi olduğunu bildirdi. O, Türk Birliyi və Türkiyə-Azərbaycan dostluğunun vacibliyini önə çəkdi. TİKA ilə əməkdaşlıqdan danışan professor Səməd Seyidov ADU-nun Türkiyənin Hacettepe Universiteti ilə əlaqələrinə toxundu. Rektor Azərbaycanda yeganə olaraq TÖMER kurslarının ADU-da keçirildiyini bildirdi. O "Azərbaycan-Türkiyə münasibətləri rəmzi və çox gözəl bir məsələdir", - deyə qeyd etdi. Qonaq ADU rektoruna səmimi qəbula görə, təşəkkür etdi və ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Dövlət səviyyəsində siyasi və elmi əlaqələrin vacibliyini önə çəkən TİKA rəhbəri Serdar Çam ADU ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd etdi.
Qeyd edək ki, görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB