Ayrıseçkilik olmayacaq

"Elm haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, qanun layihəsi 2013-cü ilin dövlət büdcəsi layihəsi müzakirə edildikdən sonra Milli Məclisin gündəminə gətiriləcək.

Ş.Hacıyevin fikrincə, Azərbaycanda yeni hazırlanan "Elm haqqında" qanun layihəsi ölkədəki elmi işçilərin sosial müdafiəsinə də imkan verəcək.

Bu qanunun tamamilə yeni olduğunu deyən komitə sədri qeyd edib ki, indiyə qədər elm sahəsi ilə bağlı belə bir qanun layihəsi olmayıb: "Bu qanun elmin inkişafı üçün lazım olan proseslərin qanun müstəvisində həyata keçirilməsinə imkan yaradacaq. Bu qanun layihəsi elmi sahədə çalışmaq istəyənlərin hər birinin ayrıseçkiliyə yol vermədən elmi fəaliyyətlə məşğul olmasına şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə