İtalyanın La Sapienza Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin alimləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab yazıblar. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərə həsr olunan bu kitablar italiyan dilində dərc olunub. M.Mərdanovun sözlərinə görə, həmin kitablar İtaliya universitetlərində tədris olunur: "Dünyanın yeddi böyük ölkəsi sırasında olan dövlətdə Azərbaycana bu qədər diqqət və marağın olduğunu deyən təhsil naziri qeyd edib ki, bu, birbaşa iki ölkə rəhbərliyinin münasibətləri, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinzin bu işə ciddi yanaşmasının nəticəsidir. Dağlıq Qarabağ problemi və Azərbaycanla bağlı digər məsələləri əks etdirən kitabları italiyalı alimlər arxiv sənədləri əsasında yazılıb. Həmin nəşrlər İtaliya tərəfinin öz vəsaiti hesabına çap olunub. Onlar bunu bizim xətrimizə deyil, ədalət naminə həqiqəti dünyaya təbliğ edirlər. İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik. Bu istifadədə də təhsil körpüsü öz sözünü deməlidir".
Nazir əlavə edib ki, italyan dili Azərbaycanın bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər. Onun fikrincə, italyan dilini ikinci xarici dil kimi məktəblərdə tədris etmək olar: "Lakin italyan dilinin Azərbaycanda ikinci dil kimi tədris olunması üçün ilk növbədə kadr olmalıdır. Ötən il də bu fikri söyləmişdim, ancaq bəziləri buna ciddi yanaşmamışdı. Amma bəzi işləri gördükdən sonra bu dili tədris etmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB