Qarşılıqlı anlaşma memorandumu imzalanıb

Qarşılıqlı anlaşma memorandumu imzalanıb

Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatı (AKU TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Gürcüstanın "Global Cəmiyyət Qrucusu Qrupu" adlı gənclər təşkilatının direktoru Giorgi Kakauridze və təşkilatın insan resursları üzrə meneceri David Mçedlişvili ilə görüşüb. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, tərəflər arasında 2 saata yaxın davam edən görüşdə AKU TGT-nin sədri Şahsuvar Hacızadə, təşkilatın departament rəhbərləri, universitetinin fakültə sədrləri və TGT-nin fəal üzvləri iştirak ediblər. Görüşdə AKU TGT-nin fəaliyyət istiqamətlərindən söz açan TGT sədri Şahsuvar Hacızadə Gürcüstan və Azərbaycanın tələbə gəncləri arasında dostluq əlaqələrinin formalaşdırılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb, bu sahədə artıq müvafiq addımlar atıldığını və münasibətlərin genişlənərək birgə layihələrin icrasına imkan yaradacağını bildirib.

Daha sonra təşkilatlar arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Şərtlərə əsasən gələcəkdə müştərək layihələrin həyata keçirilməsi müzakirə olunaraq, tərəflər arasında ilkin təcrübə mübadiləsinin həyata keçirilməsi və iki ölkənin mədəniyyətlərinin təbliği sahəsində layihələrin reallaşdırılması üzrə razılığa gəlinib.

Qeyd edək ki, AKU TGT Gürcüstanda fəaliyyət göstərən universitetlərin tələbə özünüidaretmə orqanları və Türkiyə Universitetlərinin tələbə konseyləri ilə birlikdə müxtəlif təcrübə mübadiləsi proqramları hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə