Oktyabr ayının 30-dan 31-dək Qazaxıstan Respublikasının Astana şəhərində "Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi" şöbəsinin müdiri Afiqə Batıyeva və sektor müdiri Xədicə Əzimova da həmin konfransda iştirak edəcəklər.
Tədbirdə A.Batıyevanın Azərbaycan Respublikasında dərsliklərin və dərs vəsaitlərinin monitorinqinə dair məruzə ilə çıxışı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB