"Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması nəticəsində indiyədək 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsi ilə əlaqədar keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, 2006 - 2015-ci illəri əhatə edən "Azəbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı"na cəlb edilən 43 uşaq müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı azalıb: "2008-ci ildə bu müəssisələrdə 14 398 uşaq olub, 2012-ci ildə isə onların sayı 9776 nəfərə enib. Müəssisədə gecələyən uşaqların sayı ötən müddətdə 4055-dən 3750 nəfərə qədər azalıb".
Misir Mərdanov həmçinin qeyd edib ki, dövlət uşaq müəssisələrindəki uşaqların müəssisələrə düşmə səbəbləri də müəyyənləşdirilib. Məlum olub ki, uşaqların 47,1 faizi sosial risk qrupuna daxil olan tək anaların övladlarıdır: "Sosial risk qrupuna daxil olan tək analar günün çox hissəsini işdə olur, uşağını məktəbə aparıb-gətirə bilmir. Ona görə də belə halların olmaması üçün uşaqların müəssisələrə düşməsinin qarşısını almaq üçün yerli səviyyədə alternativ xidmətlər təşkil edilməlidir. Bu məqsədlə Bakının bəzi rayonlarında Günərzi Qayğı Mərkəzləri yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB