Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib və onlara bayram sovqatlara təqdim ediblər. Universitetdən SİA-ya verilən məlumata görə, adı çəkilən ali təhsil ocağının əməkdaşları hər il olduğu kimi bu il də şəhidlər - Əhmədov Fuad Sədrəddin oğlunun, Mehdiyev Mehdi Vəzir oğlunun və Adıyev Həmzə Qardaşxan oğlunun ailəsinə baş çəkərək, ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Görüş zamanı universitetin gənclər təşkilatının nümayəndələri vətən övladlarının keçdiyi şəhidlik məktəbini özlərinə örnək aldıqlarını bildirib və Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmr etdiyi anda vətənimizin müdafiəsi, işğal olunmuş torpaqlarımızın azadlığı naminə səfərbər olub, hər an canlarını fəda etməyə hazır olduqlarını qeyd ediblər.
Sonda şəhid ailələrinin üzvləri, dövlətimiz tərəfindən onlara göstərilən qayğı və diqqətə görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə