Tələbələr qurban kəsir

Bu gün dünya müsəlmanlarının qeyd etdikləri müqəddəs Qurban Bayramı münasibəti ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Bakı Rabitə və Nəqliyyat Kolleci, Dəniz-Balıq Sənayesi Kolleci, və 2 nömrəli Tibb Məktəbinin Tələbə Gənclər Təşkilatları (TGT-lər) birgə qurban kəsiblər. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, kəsilmiş qurbanlar sabah Qızıl Aypara cəmiyyətinin köməkliyi ilə Yasamal rayonunda yerləşən kimsəsiz ailələrə payalanacaq, fiziki qüsuru olan və aztəminatlı ailələrin (insanlara) evləri ziyarət olunacaq, onlara bayram sovqatı çatdırılacaq.

Bundan əlavə ADU TGT Pirşağıda yerləşən 10 nömrəli uşaq evini ziyarət edəcək və Azərbaycan Milli Konservatoriya (AMK) TGT-si ATGTİ-nin dəstəyi ilə Bakıda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirəcək. Konert proqramında hərbiçilərdən ibarət ansambl AMK TGT-nin üzvləri ilə birlikdə çıxış edəcək.

Xatırladaq ki, bu AMK TGT-nin hərbi hissələrdə keçirtdiyi sayca 3 konsert proqramıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə