Regional turizm peşə məktəbləri şəbəkəsi

Regional turizm peşə məktəbləri şəbəkəsi

Azərbaycan Turizm İnstitutunda ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) "Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının hazırlığı" mövzusunda təqdimat-dinləmələr keçirib. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını salamladıqdan sonra ölkə iqtisadiyyatının dinamik inkişafında turizm sektorunun əhəmiyyətini açıqlayıb. ATİ-də ixtisaslı kadr hazırlığı istiqamətində görülən tədris-təlim-tədqiqat işlərindən və qazanılan nəticələrdən ətraflı bəhs edib. Qeyri-neft sektorunda müstəsna rol oynayan turizm sənayesinin böyük perspektivindən danışıb. Ölkə prezidentinin məhz bu sahəyə xüsusi diqqət ayırdığını, müddətli dövlət proqramına dair sərəncam imzaladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Rektor çıxışı zamanı digər sahələrlə müqayisədə turizmi etibarlı, daimi sahə kimi dəyərləndirib. Əmək bazarında ali təhsilli turizm ixtisaslı kadrlarla yanaşı xidmət personalına böyük ehtiyac olduğunu konkret faktlarla isbatlayıb. Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasını günün reallığı kimi səciyyələndirib. Ölkənin şimal qərb regionunda turizm peşə məktəbinin yaranmasının əhali tərəfindən razılıqla qarşılandığını", - deyib.

Digər regional peşə məktəblərinin yaradılması ilə bağlı tədqiqatlar aparılacağının gündəmdə olduğunu, Qusarda bu istiqamətdə işə start verildiyini bildirib. Bir daha xatırladıb ki, regional turizm peşə məktəbləri hələlik Qusarda, Zaqatalada, Şəmkirdə, Göygöldə, Masallıda fəaliyyət göstərəcək.

ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkənin 6 rayonunda (Şəki, Balakən, Oğuz, Qəbələ, Qax və Zaqatala) keçirilən sorğu-tədqiqatlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sonra Turizm və Regional İnkişaf üzrə ekspert Ayke Ottonun, ATİ-nin Tədqiqat və İnkişaf şöbəsinin baş məsləhətçisi Julius Arneggerin, Avropa İttifaqının Peşə təhsili üzrə Tvinninq layihəsinin rəhbəri Rudiger Heyniqin təqdimatları olub. Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı. Sorğu nəticələrinin gələcək planların icrası zamanı nəzərə alınacağı qeyd edilib.

Şəki – Zaqatala inqtisadi rayonunda aparılmış sorğu nəticələrinin ictimaiyyətə təqdimatı" mövzusunda keçirilən seminarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçiləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə