Şöbə müdiri işdən çıxarıldı

Şöbə müdiri işdən çıxarıldı

Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov işdən azad olunub. SİA-nın məlumatına görə, onun yerinə Gəncə şəhər təhsil idarəsinə rəhbərlik etmiş Mahal Əliyev təyin olunub. Mahal Əliyev 2012-ci ilin fevral ayının 27-də öz ərizəsi ilə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Vidadi Bağırov 15 ildən artıq idi ki, Sumqayıt şəhər təhsil şöbəsinə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə