Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında "Şagird-məzun elektron məlumat bazası"nın formalaşdırılmasına həsr olunmuş seminar-məşğələ keçirilb. SİA-nın xəbərinə görə, komissiyanın müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən aparılan seminarda şəhər və rayon təhsil şöbələrinin nümayəndələri, əlaqələndirici şəxslər iştirak ediblər. Seminarda iştirakçılar yeni sistem, onun iş prinsipi ilə tanış olublar. Tədbirdə şəhər və rayonlar üzrə orta ümumtəhsil müəssisələrinin rəhbər şəxsləri, eləcə də təhsil müəssisələri üzrə əlqələndiricilər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı təlimat qaydaları izah edilib.
Qeyd edək ki, növbəti mərhələdə respublikanın bütün orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasının formalaşdırılması üzərində işlərə başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB