Bu gün Sabunçu rayonu ərazisində yerləşən 252 saylı məktəbdə "Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə iştirak edən nazir ilk öncə məktəbdəki vəziyyətlə tanış olub. O bildirib ki, tədbirin keçirilməsində məqsəd orta təhsil sahəsində həyata keçirilən islahatların icra vəziyyətini öyrənməkdir. Bu tipli tədbirlərin ayda bir dəfə təşkil ediləcəyini deyən M.Mərdanov bildirib ki, gələcəkdə belə tədbirlər xəbərdarlıq edilmədən keçiriləcək və dərslərdə oturulacaq.
Təhsil naziri açıq dərslərlə bağlı bəzi iradlarını da açıqlayıb. O vurğulayıb ki, kurikulumların tətbiqi ilə bağlı məktəblərdə qruplarla işlərə daha çox üstünlük verilməsinin effekti tədqiqatçılar tərəfindən araşdırılmalıdır: "Bütün dərsi qruplarla işə çevirmək olmaz. Bu işin xeyirli olub-olmadığı araşdırılmalıdır. Hətta bəzi siniflərdə yazı lövhəsinin olmaması ilə bağlı problem var. Ən azı riyaziyyat dərsində yazı lövhəsi və tabaşirdən istifadə edilməlidir. Amma indi elə siniflər var ki, orada heç lövhə də yoxdur", - deyə o əlavə edib.
Nazir məktəbdə 11-ci sinif şagirdlərinin vəziyyətinə də aydınlıq gətirib. O qeyd edib ki, bu gün ən böyük nöqsanlardan biri 11-ci sinifdə dərsdə iştirak edən uşaqların bəzilərinin özlərini "qonaq" kimi aparmasıdır: "252 saylı məktəbdə də belə halla qarşılaşdım. Belə başa düşdüm ki, onlar, ümumiyyətlə, məktəbə gəlməyiblər. Bu nə məktəb direktorunun, nə müəllimlərin problemidir. Buna səbəb yuxarı sinif şagirdlərinin repetitor yanına getməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB