Təhsil naziri Misir Mərdanov builki buraxılış imtahanlarında ən aşağı nəticə göstərən rayonların adlarını açıqlayıb. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov deyib ki, builki buraxılış imtahanlarında 0-100 bal toplayan şagirdlər daha çox Xəzər, Qaradağ, Yasamal və Sabunçu rayonlarında qeydə alınıb. Nazir Xəzər, Sabunçu və Qaradağ rayonlarında bu məsələnin başa düşülən olduğunu deyib.
"Amma Yasamal rayonunda təhsil alan şagirdlərin imtahanda bu cur xoşagəlməz nəticə göstərməsini başa düşmürəm. Gərək belə olmayaydı. Bunun bir səbəbi də buraxılış imtahanlarının ötən il Təhsil Nazirliyi, bu il isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilməsidir. Görək, gələn il nəticələri necə olacaq"?.
Digər problemə də toxunan M.Mərdanov əlavə edib ki, aşağı sinif şagirdləri ilə yuxarı sinif şagirdləri arasında ünsiyyət az olmalıdır: "Buna görə də ibtidai siniflərlə yuxarı sinifləri bir-birindən ayırmaq lazımdır. 2 korpusdan ibarət olan məktəblərdə korpuslardan biri ibtidai siniflərə, digər isə yuxarı siniflərə ayrılmalıdır. Bu proses 5-10 ilə həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB